Türkiyədən Azərbaycana idxal olunan bitki çayında BAKTERİYA AŞKARLANDI

3-03-2025, 19:45 160 dəfə baxılıb

Türkiyədən Azərbaycana idxal olunan bitki çayında uyğunsuzluq aşkarlanıb.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "RAM Solutions" MMC-nin Türkiyədən idxal etdiyi (02.03.2024-02.03.2026-cı il istehsal tarixli, 1026 partiya nömrəli) "Deva Dünyası Gıda Kozmetik Ltd. Şti" müəssisəsinin istehsalı olan "Minceur Form Tea" (nar çiçəkli) əmtəə nişanlı bitki çayından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, məhsul partiyasında E.coli bakteriyası aşkarlanıb.

 

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 67,20 kq (240 qutu) bitki çayı məhv edilib.

 

Qeyd edək ki, qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar və təhlükəli qida məhsulları ilə bağlı məlumatlar Agentliyin rəsmi saytında yerləşdirilir. İstehlakçılar "Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ" və "Qida zəncirinə nəzarət" bölmələrində "Təhlükəli məhsulların reyestri" blokuna keçid etməklə müvafiq məlumatlar əldə edə bilərlər.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930