Gənc azərbaycanlı ailə İsveçrədən deport olunub

3-03-2025, 10:58 209 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli məlumat yayıb.

O, hadisənin belə şərh edib:

“İsveçrəyə gənc azərbaycanlı ailə gəlib. Bir uşaqları var, gəlin də hamilədir. Soruşublar ki, niyə gəlmisiz. Gənc oğlan deyib ki, məni zorla hərbi xidmətə aparmaq istəyirlər, müharibə təhlükəsi var, mən ermənilərə qarşı vuruşmaq istəmirəm (Avropada yaşamaq izni almağın yeni "metodu" - red.).

İsveçrə tərəfi deyib ki, həm xanımınıza, həm də sizə - hər birinizə 15 min avro verək, qayıdın gedin Azərbaycana. Gənc oğlan razılaşmayıb. Deyib ki, hərəmizə heç olmasa, 20 min verin!

İsveçrə tərəfi buna razı olmayıb. Növbəti görüşdə İsveçrə tərəfi deyib ki, hərənizə 500 avro veririk, ölkəni tərk edin. Gənclər razılaşmayıb. Belə olduqda polis gücünə gənc ailəni təyyarəyə basıb, Bakıya göndəriblər.


Bunu niyə yazıram? İsveçrə tərəfi nə təklif etdisə, ona qane olun, alver etməyin. Bunlar belə şeylərə yaxşı baxmırlar…"

 Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031