Təhsil sistemi niyə dünya təcrübəsindən uzaq düşür? – Fazil Mustafa

23-08-2025, 11:04 265 dəfə baxılıb

 

Bakı şəhərində lisey və məktəblərlə əlaqəli şagirdlərin daşınması üçün istifadə edilən xüsusi avtobuslar müntəzəm avtobus xətlərinə buraxılmır. Nəticədə azyaşlı şagirdlər saatlarla yollarda, tıxaclarda qalır, bu isə həm onların vaxt itkisinə, həm də fiziki və psixoloji gərginliyə səbəb olur. Valideynlər və ekspertlər uşaqların təhlükəsiz və rahat şəkildə məktəbə çatdırılması üçün alternativ həllərin tapılmasının vacibliyini vurğulayırlar.

Gələcəkdə dünya təcrübəsindən yararlanmaq, yaxud qısa zamanda bu problemin həlli yolu mümkündürmü?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məsələ ilə bağlı deputat Fazil Mustafa bildirib ki, bizdə bütün sahələrdə dünya təcrübəsi tətbiq olunsa da təhsildə dünya təcrübəsindən uzaqlaşırıq.

Deputatın sözlərinə görə, Bir sıra məsələlərdə Şərq ölkələrinin təhsil sisteminə daha çox yaxınlaşmaqdayıq. Əslinə, bu elə adi və texniki məsələdir. Müasir dünyada çözülmüş məsələdir. Valideyn uşağın dalınca düşüb məktəbə aparmalı deyil. Bu sistem elə qurulmalıdır ki, uşaqlar üçün nəqliyyat vasitələri və təhlükəsizlik təmin olunmalıdır. Bunlar hamısı ölkəmizdə böyük problemlərdir. Amma adi məsələlərdir. Biz gör nəyi müzakirə edirik. Biz təhsilin səviyyəsini yox, məktəbə uşağa necə catdıracağımızı müzakirə edirik. Açığı, bu kimi məsələlər üzüntü verir. Bu problemləri kifayət qədər ciddi şəkildə etiraf edib düzəlməsinə çalışmalıyıq.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031