40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: Kimlər var?

27-02-2025, 18:08 40 dəfə baxılıb

 

“Tərəfimizdən təqdim olunan siyahıda adı olan insanların əfv sərəncamına düşməsi üçün əlimizdən gələni edirik”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O, artıq siyahının Əfv Məsələləri üzrə Dövlət Komissiyasına təqdim edildiyini xatırladıb:

“Novruz bayramında əfv sərəncamını gözləyirik. Bu gün komissiyanın ikinci iclası keçiriləcək. Siyahımızı artıq təqdim etmişik. Siyahıda təxminən 40-a yaxın ad var. Onların arasında OMON-çular (Xüsusi Təyinatlı Polis Dəstəsi), jurnalistlər, blogerlər, Nardaran məsələsi ilə bağlı həbs olunan və s. yer alır. Nardaran prosesi ilə bağlı həbs olunanların həbs müddəti başa çatmaq üzrədir. Bəzilərinin azadlığa çıxmasına iki ilə yaxın vaxtı qalır”.

“Biz hamını müdafiə edirik. Sadə insanların hüquqlarını daha çox qoruyuruq. Əfv sərəncamında həmişə sadə insanların adları olur”, deyə hüquq müdafiəçisi bildirib.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930