Yakuboviçin sərvəti ortaya çıxdı: 30 hektar ərazidə qəsr, 13 otaqlı mənzil…

27-02-2025, 11:18 270 dəfə baxılıb

 

Məşhur teleaparıcı Leonid Yakuboviçin Moskva vilayətində qəsri var.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Şoumenin 30 hektar ərazidəki qəsrinin Moskva vilayətinin İstrinski rayonunun Velednikovo kəndində yerləşdiyi bildirilir. Ümumi dəyəri bir milyard rubl qiymətləndirilir. SHOT-a görə, teleaparıcının Karetni Ryadda 60 kvadratmetrlik iki otaqlı mənzili və Moskvadakı Xamovnikidə on otaqlı mənzili var.

On otaqlı mənzil demək olar ki, bütün üçüncü mərtəbədə yerləşir və onun dəyəri 202 milyon rubl qiymətləndirilir. Teleaparıcının Moskva vilayətinin Odintsovo rayonunun Sivkovo kəndində kiçik evi və hamamı olan 13 sot torpaq sahəsinin də olduğu vurğulanır. Bu əmlakın qiyməti 16 milyon rubl olaraq qiymətləndirilir.

Bundan əlavə, nəşr Yakuboviçin yol hərəkəti qaydalarını pozduğuna görə ümumi məbləği 42 min rubl olan 64 cəriməsinin olduğunu müəyyən edib.publika.az

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031