Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO

19-07-2025, 10:24 223 dəfə baxılıb

 

Azərbaycanın görkəmli ziyalısı, tanınmış memar, onlarla tarixi-mədəni abidənin bərpasında əvəzsiz xidmətləri olan Prezident təqaüdçüsü, dövlət qulluqçusu Arif Bəylər oğlu Əzizov vəfat edib.

Yenisirvanli.İnfo.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, görkəmli memar ötən gün 80 yaşında dünyasını dəyişib.

Yaxınları onun vəfatı ilə əlaqədar başsağlığı verib, ruhuna ehtiramlarını ifadə ediblər.

Ömrünü Vətənə, xalqına və mədəni irsimizə həsr etmiş Arif Əzizovun əziz xatirəsi daim onu tanıyan və sevən insanların qəlbində yaşayacaq.

Qeyd edək ki, 1945-ci ildə Naxçıvan şəhərində anadan olmuş Arif Əzizov tikinti və bərpa sahəsində bir sıra vəzifələrdə çalışıb, göstərdiyi xidmətlərə görə dəfələrlə müxtəlif dövlət mükafatlarına layiq görülüb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031