Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi

27-06-2025, 10:16 7 dəfə baxılıb

 

2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş kəşfiyyatçı polkovnik Sənan Axundovun oğlu leytenant rütbəsi alıb.

Şəhid zabitin oğlu Tahir Axundov hərbi təhsilini başa vurub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Tahir Axundov 2019-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olub. Elə həmin il Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Sankt-Peterburq Ali Hərbi Tibb Akademiyasına göndərilib.

O, yaxın vaxtlarda hərbi cərrah kimi xidmətə başlayacaq.

Şəhid zabitin həyat yoldaşı Nəcibə Axundova bildirib ki, ailə üzvləri oğullarının uğurunu şəhid polkovnikin qəbrüstü abidəsini ziyarət edərək qeyd ediblər:

“Çox şükür, Silahlı Qüvvələr Günündə oğlumuz artıq leytenantdır. Bu, təkcə bir rütbə deyil – bu, illərlə çəkilən zəhmətin, səbir və əzmin, Vətənə olan sadiqliyin simvoludur. Biz mərd və cəsarətli bir ailənin üzvləriyik. Bu qürur hissini sözlə ifadə etmək çətindir”.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Sənan Axundov ailənin yeganə oğul övladı olub. O, Müdafiə Nazirliyinin İnformasiya şöbəsində sektor müdiri kimi xidmət etdiyi halda, vəzifəsindən könüllü şəkildə imtina edərək ön cəbhəyə yollanmış və 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuşdu.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031