Sertifikasiya imtahanında nə baş verib? - 7 müəllimin nəticəsi ləğv ediləcək

26-06-2025, 10:21 257 dəfə baxılıb

 

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı açıqlama verib.

O deyib ki, ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22 383 müəllim iştirak edib: "Sertifikatlaşdırma prosesindən uğurla keçən bütün müəllimlərimizi təbrik edir, biliyi, məsuliyyəti, zəhməti və əzmini minnətdarlıqla qiymətləndirir, gələcək əmək fəaliyyətinlərində-öyrənmə və öyrətmə yolunda hər birinə uğurlar arzulayırıq.

İmtahan təşkilindən öncə imtahan qaydaları, təlimatlar müəllimlərlə bölüşülsə də, çoxsaylı görüşlər keçirilib müəyyən xəbərdarlıqlar edilsə də təəssüflə bildiririk ki, az sayda neqativ hallara da rast gəlinib. Belə ki, 7 nəfər müəllimin nəticəsinin imtahan qaydalarını pozması (imtahan zamanı telefondan istifadə, imtahan suallarının şəkillərinin çəkilməsi və s.) səbəbi ilə ləğv edilməsi nəzərdə tutulub. Bu cür hallar prosesə kölgə salmaqla yanaşı, müəllim adının daşıdığı yüksək ictimai etimadla ziddiyyət təşkil edir.

Ona görə də hər bir iştirakçının bu mərhələyə dürüstlük, məsuliyyət və daxili intizamla yanaşmasının vacibliyini bir daha vurğulayırıq"(Report).


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031