Azərbaycana yay fəsli daxil oldu

21-06-2025, 10:10 259 dəfə baxılıb

 

Azərbaycana yay fəsli daxil olub.

Yay fəsli Azərbaycana 21 iyun 06:42-də daxil olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır.

Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünür.

Bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031