Xocalıda minaya düşən Nağı İmanovun son vəziyyəti

25-02-2025, 10:58 92 dəfə baxılıb

 

Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti stabilləşib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib.

N.İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21 fevral saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930