“Abzas Media” işi üzrə məhkəmə istintaqı yekunlaşıb

16-05-2025, 20:02 171 dəfə baxılıb

 

“Abzas Media” əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsində qurumun ofisində axtarış aparılan zaman istintaq tərəfindən qeydə alınan videogörüntülər nümayiş etdirilib.

 

Təqsirləndirilənlərin vəkilləri məhkəməyə vəsatətlər təqdim ediblər. Məhkəmə müşavirəsindən sonra vəsatətlər təmin olunmayıb.

 

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

 

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

 

Proses mayın 20-də davam etdiriləcək.

 

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

 

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb./APA

 

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031