İşıq, qaz və su pulu ilə bağlı yenilik – Bundan sonra… (VİDEO)

Bu gün, 13:31 48 dəfə baxılıb

 

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılır.
 Yenisirvanli.İnfo.Az xəbər verir ki, yeni sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Bu sistem vasitəsilə istifadəçilər elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər.
İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, bu sistemlə məlumat mübadiləsi təmin ediləcək, abonentlərə dəqiq və operativ xidmət göstəriləcək.
Xidmətlərin 50 faizi və bildirişlər “myGov” üzərindən təqdim ediləcək.
Vahid İnformasiya Sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə şəklində tətbiq olunacaq. İnfrastruktur və texnoloji imkanlar formalaşdıqdan sonra sistemin mərhələli şəkildə bütün regionlarda tətbiqi planlaşdırılır.
Qeyd edilir ki, hazırda bəzən eyni ünvanlarda kommunal xidmətlərdə fərqli ünvanlar göstərilir. Bu sistem belə problemi də kökündən həll edəcək. Bütün hallarda sistemin tətbiqi ilə vətəndaşlarla qurumların münasibətlərinin sağlamlaşacağı gözlənir.
Qeyd edək ki, layihənin icrasını İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.
Bu il yeniliyin tətbiqi gözlənilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930