Metroda düyməni basanlar cərimələnəcək – AÇIQLAMA

22-04-2025, 19:16 179 dəfə baxılıb

 

Metro gündəlik olaraq bir çoxumuzun istifadə etdiyi nəqliyyat vasitəsidir. Metroda olan düyməni isə bəzən sərnişinlər sıxlıq səbəbindən, bəzən də qəsdən basırlar.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə “sərnişin-maşinist” rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər paylaşılıb.

Sərnişin düyməni sıxaraq “bu düyməni basmağın cəriməsi nə qədərdir?” deyə soruşur.

Sual qarşısında nə deyəcəyini bilməyən maşinist “cəriməsi var” deyərək cavab verir.

Bəs düyməni boş yerə basmağın cəriməsi nə qədərdir?

Məsələ ilə bağlı Bakı Metropolitenindən Milli.Az-a bildirildi ki, bu kimi hallar yolverilməzdir. Maşinistin diqqətinin dağılması qəzaya səbəb ola bilər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi ilə sərnişin bu addımına görə 200 manat məbləğində cərimə edilə bilər.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031