Bu işarə varsa deməli "WhatsApp" mesajlarınızı başqası oxuyur

19-04-2025, 11:19 44 dəfə baxılıb

 

Son günlərdə WhatsApp tətbiqində "üçüncü mavi işarə" funksiyasının istifadəyə verilməsi ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri və yerli xəbər portalları bu funksiyanın artıq aktiv olduğunu və mesajların üçüncü şəxslər - hətta hüquq-mühafizə orqanları tərəfindən oxunduğunu bildirən simvollarla müşayiət olunduğunu iddia edirlər.

Yenisirvanli.İnfo.Az xarici mediaya istinadla xəbər verir ki, yeni funksiya mesajın başqası tərəfindən oxunduğunu göstərir və istifadəçiyə əlavə nəzarət imkanı yaradır. İddialara görə, bu xüsusilə qrup çatlarında və mesaj yönləndirildikdə aktivləşir.

Hazırda mövcud sistemdə:

Bir boz işarə - mesajın göndərildiyini,

İki boz işarə - mesajın qarşı tərəfə çatdığını,

İki mavi işarə - mesajın oxunduğunu bildirir.

İddialara əsasən, yeni funksiyada "üçüncü mavi işarə"də olacaq. Bu işarə sayəsində mesajın digər bir şəxs tərəfindən də oxunduğunu bilmək mümkün olacaq. Hətta bəzi iddialarda bu işarənin qırmızıya çevrilməsi hüquq-mühafizə orqanlarının mesajı oxuduğunu göstərdiyi kimi şərh olunur. Lakin bu iddiaların heç biri rəsmi olaraq təsdiqlənməyib.

Meta şirkəti də bu barədə hər hansı dəyişiklik və ya funksiya barədə rəsmi açıqlama verməyib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930