Lerik Rayon İcra Hakimiyyətində yeni təyinat

18-04-2025, 20:26 19 dəfə baxılıb

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının Veri Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəyə təyin olunub. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, icra başçısının müvafiq əmri ilə Rəhimov Mirtəhmasib Fərman oğlu ərazi icra nümayəndəsi vəzifəsinə təyin edilib.

O bu vəzifəyə 05.02.2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin müsabiqə üzrə müsahibə mərhələsinə çıxarılmış və vakant vəzifə üçün keçirilmiş müsahibənin nəticəsi olaraq təyinat alıb.

Məlumat üçün qeyd edək ki, Mirtəhmasib Rəhimov Lerik rayonunun aktiv və potensiallı gənclərindən biridir.

O, dövlət qulluğuna qəbul imtahanlarında həm BB və həm də AC kateqoriyaları üzrə yüksək nəticə göstərərək, müvafiq olaraq BB1 və AC1 sertifikatlarını alıb.

10-dan çox elmi məqalə müəllifi olan Mirtəhmasib Rəhimov 3-cü yüksəliş müsabiqəsinin yeganə müəllim finalçısıdır.



Yenisirvanli.İnfo.Az  


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930