Nuridə Allahyarova tutduğu vəzifəsindən AZAD olundu

18-04-2025, 11:09 170 dəfə baxılıb

 

İki il əvvəl TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qafqazın ən böyük tibb müəssisəsi sayılan "Yeni Klinika"da  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunan Nuridə Allahyarova işindən ayrılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə o, özünün sosial hesabında məlumat verib:

“Yeni Klinika ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim.

Ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa üzr istəyirəm, mən iki il dözdüm. Onlar bir ömür boyu bu peşəni layiqincə, səbrlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram. TƏBİB və Yeni Klinika komandasına təşəkkür edirəm.

Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər. Xəstəlik qorxulu deyil-onu Yeni Klinikada müalicə edəcəklər, qorxulu olan ədalətsizlikdir, onun müalicəsi yoxdur”, deyə o, paylaşımında qeyd edib. /Bizim.Media


Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930