Deputatdan yağışların yaratdığı vəziyyət barədə açıqlama: “Ölkəmizdə çəkilən yollar ən keyfiyyətli yollar sırasındadır”

17-04-2025, 17:52 247 dəfə baxılıb

 

“Bu faktdır ki, ölkəmizdə çəkilən yollar ən keyfiyyətli yollar sırasındadır. Yağış yağan zaman yaranan problemə gəlincə, hər bir məsələyə obyektiv yanaşmalıyıq. Bilirik ki, Bakıya yağan yağışlar intensivlik baxımından illik normanın bir neçə saat ərzində yağması ilə müşahidə olundu, fövqəladə vəziyyət, təbiət hadisəsi nəticəsində belə gərginlik yarandı. Sahənin mütəxəssisi deyiləm, sadəcə, müşahidələrimi deyirəm. Yağış bir saat ərzində nə qədər yağmalı idi? Bir saat ərzində çox güclü yağdı, su basmalar oldu”.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov deyib.

 

“Avropa, Amerika və digər ölkələrdə də bu proseslər olur. Belə hallarla az-az rastlaşdığımız üçün suallar yaranır ki, niyə yollarımız bu vəziyyətə gəldi. Bu kimi proseslərdən sonra hansısa çatışmazlıq olursa, onu da aradan qaldırırlar, müvafiq tədbirlər görürlər. Yağış sonradan fəsadlar törədə bilər, bu kimi hallar təkrarlanarsa, müvafiq qurumlar nəzərə alaraq, tədbirlər görüləcək ki, problem yaranmasın. Çox şükür, Bakı şəhərində ciddi fəsad, ən başlıcası insan itkisi olmadı. Bu, çox önəmlidir”, - deputat bildirib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031