Kartofun qiyməti niyə qalxır? – Bu tarixdə UCUZLAŞACAQ

15-04-2025, 19:07 80 dəfə baxılıb

 

“Qiymətlərdəki artım kartof ehtiyatının qurtarması ilə əlaqədardır”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Ajans.az-a açıqlamasında son vaxtlar kartofun qiymətinin artması ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsirli deyib. O bildirib ki, kartof və soğanın qiyməti hər il fevral və ya mart ayından bahalaşmağa başlayır.

“Bu da ölkədə kartof ehtiyatının qurtarması ilə bağlıdır. Üstəlik bu dönəm elə bir dönəmdir ki, qarşıdakı həftələrdə ölkənin cənubunda kartofun çıxma vaxtına yaxınlaşır. Ona görə xaricdən idxal edilən kartofun həcminə həssas yanaşılır, kütləvi şəkildə kartof idxal etmirlər. Çünki yerli kartof çıxanda, idxal kartof da ucuz satılacaq və onlar ziyana düşəcəklər. Bu səbəbdən kiçik partiyalarla idxal edirlər. Buna görə kartof bahalaşır, təklif azdır, tələb çoxdur”.

Ekspert onu da qeyd edib ki, yaxın vaxtlarda kartof qiymətləri yenidən düşəcək:

“Biz qarşıdakı həftələrdə Cəlilabad, Masallı zonasında yerli kartofun bazara kütləvi çıxışını müşahidə edəcəyik. Bununla da, qiymət ucuzlaşacaq. Qış aylarına qədər kartofun qiyməti ötənilki kimi tənzimlənəcək”.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930