Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

15-04-2025, 18:57 50 dəfə baxılıb

 

Müxtəlif istiqamətlər üzrə 2024-cü ildə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 4 743 monitorinq keçirib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə  Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli tömət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.

“Qeyd edirik ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb. Cari həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək”,- məlumatda qeyd olunub.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031