Ukraynadan ölkəmizə reabilitasiya üçün 20 uşaq GƏTİRİLDİ – VİDEO

15-04-2025, 11:16 106 dəfə baxılıb

 

Ukraynalı uşaqların doqquzuncu qrupu – hərbi əsirlərin, itkin düşmüş şəxslərin və Ukraynanın həlak olmuş müdafiəçilərinin uşaqları reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

Yenisirvanli.İnfo.Az haqqin.az-a istinadən xəbər verir ki, uşaqları Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev və “Ukrayna-Azərbaycan” parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Əlibala Məhərrəmzadənin rəhbərlik etdiyi, səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti qarşılayıb.

Uşaqlar Quba şəhərindəki sanatoriyada reabilitasiya keçəcək, Azərbaycan mədəniyyətinin gözəlliklərini kəşf edə, Bakının görməli yerlərini ziyarət edə biləcəklər.

Qeyd edək ki, ukraynalı uşaqların Azərbaycana səfərləri ölkələrimiz arasında ikitərəfli əlaqələri möhkəmləndirməklə yanaşı, uşaqlara Azərbaycan xalqının zəngin mədəniyyəti ilə tanış olmaq üçün unikal imkan yaradır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930