Balakəndə 4 otaqlı fərdi yaşayış evi yanıb

22-02-2025, 10:00 7 dəfə baxılıb

 

Balakən rayonunun Katex kəndində kənd sakininə məxsus ev yanıb...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 17 radələrində kənd sakini Ruslan İbrahim oğlu Balammədova məxsus, ümumi sahəsi 200 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Balakən  Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyalarının bir qismi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031