Vətəndaşlar necə müəyyənləşdirsin ki, gələn zəng bankdandır, yoxsa dələduzdan?
Banklardan gələn zənglər vətəndaşlara hansı sualları verə və hansı kart məlumatlarını öyrənə bilər? Çünki, dələduzlar da zəng vasitəsi ilə kart məlumatların əldə edə bilər. Bəs, vətəndaşlar necə ayrd etsin ki, gələn zəng bankdandır, yoxsa dələduzdan?
Yenisirvanli.İnfo.Az xəbər verir ki, mövzu ilə bağlı bank məsələləri üzrə ekspert Asif İbrahimov danışıb.
O, açıqlamasında qeyd edib ki, əgər,operator, həqiqətən də, bankın əməkdaşıdırsa təqdim olunan finkodla belə bütün məlumatları əldə edə bilir:
"Bu məsələ ilə bağlı vətəndaşlarımız daha diqqətli olmalıdır, çünki, sözügedən problemlə bağlı ciddi təhdidlər var. Özümüz də şikayətlərin şahidiyik və kütləvi informasiya vasitələrindən də bunu görürük ki, belə dələduzluq halları çox olur. Xüsusilə də, müştərisi çox olan banklardakı operatorları adından vətəndaşlara zəng vururlar və orada kart məlumatlarını istəyirlər. İlkin olaraq insanların nəzərinə onu çatdırmaq lazımdır ki, şəxsi məlumatlarını hər hansı bir üçüncü şəxsə ötürməsinlər. Çünki, bankda şəxslə bağlı hər hansı problem yaranarsa, oradakı mövcud vəziyyət gözqabağındadır və əgər, həqiqətən də, operator bankın əməkdaşıdırsa təqdim olunan finkodla belə bütün məlumatları əldə edə bilir. Bu məsələdə, xüsusilə diqqətli olmağı tövsiyyə edirəm. Belə hallar son dönəmlərdə lap da çoxalıbdır. Mərkəzi bank tərəfindən və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumu var ki, kibercinayyətkarlıqla bağlı ciddi mübarizə tədbirləri həyata keçirdir. Lakin, qeyd etdiyim kimi, belə şəxslər adətən botlardan istifadə edirlər. Hansısa rayon qeydiyyatında olan bir xəstə şəxsin adına telefon nömrəsi açırlar və yaxud da xarici ölkələrdən proqram təminatı vasitəsi ilə yerli nömrəni ona uyğunlaşdırırlar, istifadə edirlər. Çox zaman belə zənglər xarici ölkələrdən olur.Bu baxımdan, xüsusilə diqqətli olmağı tövsiyə edirəm".Sonxeber
Yenisirvanli.İnfo.Az