Xırdalanda mərkəzi küçədə kanalizasiya suları daşd-Video

11-04-2025, 10:48 5 dəfə baxılıb

 

Bu gün bir neçə dəqiqə davam edən yağış Xırdalan şəhərində acınacaqlı vəziyyət yaradıb.

XALQ.AZ  xəbər verir ki, yağışın yağması ilə şəhərin Həsən Əliyev küçəsindəki kanalizasiya xətləri daşmağa başlayıb.

Nəticədə kanalizasiya suları 120-nin dairəsi adlanan yolu və ətrafını basıb, ərazidə nəqliyyatın hərəkəti çətinləşib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, hazırda suyun kənarlaşdırılması istiqamətində işlər görülür:

“İntensiv yağışlar nəticəsində bu gün Abşeron rayonunda bəzi daşıyıcı kollektorlar normadan artıq yüklənib və baxış quyularında dolub-daşma baş verib. Hazırda suyun kənarlaşdırılması istiqamətində gücləndirilmiş iş rejimində çalışırıq. Yaxın saatlarda məsələ tam olaraq həllini tapacaq”.


https://bax.tv/son-xeberler/yagisdan-sonra-xirdalanda-kanalizasiya-xetleri-dasib-207478?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930