“Xankəndi” restoranında norma pozuntuları: Kabab bu ətdən hazırlanırmış

5-04-2025, 10:56 87 dəfə baxılıb

Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski prospekti, 98 ünvanında yerləşən, fiziki şəxs Şirinov Elvin Eyvaz oğluna məxsus “Xankəndi” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, ictimai iaşə obyektində qida məhsullarının saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimələrə cəlb olunmadığı, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda istehlaka təqdim edilən toyuq və balıq ətlərinin müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin manqal sahəsində işlərin və xidmətlərin görülməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930