Toyundan 8 ay sonra şəhid olan Elvin Qayıbovun atası DANIŞDI: "Zənglə danışarkən bizə bildirmirdi"

3-04-2025, 10:33 205 dəfə baxılıb

 

"Televiziyada Aprel döyüşlərinin başladığını görürdük, amma zənglə danışarkən bizə bildirmirdi".

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri Baku TV-yə müsahibəsində Aprel döyüşlərində şəhid olan Elvin Qayıbovun atası Sədrəddin Qayıbov deyib.

"Toyundan 8 ay sonra şəhid oldu. İki bacının bir qardaşı olub. Bizə deyərdi ki, məndən narahat olmayın. Elvinin yoldaşları tez-tez gəlirlər. Deyirdilər ki, biz onun hörmətini ömür boyu itirmərik".

Qeyd edək ki, Elvin Qayıbov 1989-cu ilin 26 dekabr günündə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. Çavuş Elvin Qayıbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 5-i isə Xaçmaz rayonunun Əbilyataq kəndində son mənzilə yola salınıb.

Elvin Qayıbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Ətraflı süjetdə:







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930