Psixiatrdan bürclərlə bağlı AÇIQLAMA

2-04-2025, 19:46 167 dəfə baxılıb

 

“İlk elmlərdən biri, sözsüz ki, astroloji araşdırmalar olub. Elə ilk alimlər də riyaziyyatçılarla bərabər astroloqlar hesab olunub. Sonrakı inkişaf dövründə astrologiyanı elm kimi qəbul etmirlərsə belə, bu elmə bənzər bir nəzəriyyədir. Bu gün gördüyümüz bürc proqnozlarının astrologiya elminə heç bir aidiyyatı yoxdur”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, psixiatr Azad İsazadə bürclərin insan psixologiyasına təsirindən danışıb və sözlərinə belə davam edib:

“Bütün bunlar şou tipli bir məlumatdır. Mən deyə bilmərəm ki, astrologiya böyük bir elmdir. Ancaq onun təsir dairəsi genişdir. Burada təkcə bürclər yox ulduzların, planetlərin təsirindən söhbət gedir. Çox mürəkkəb bir anlayışdır. Gördüyümüz bürc proqnozları isə onun sadəcə bir hissəsidir. Bu səbəbdən ona fikir vermək çox da düzgün deyil. Natamam məlumatdır. Bəzən reallıqla üst-üstə düşsə də, bəzən düz olmur. Belə bir ifadə var, işləməyən saat da gün ərzində iki dəfə düz göstərir. Yəni bürc proqnozları təsadüf nəticəsində doğru çıxa bilər.

Belə məlumatların insanların psixologiyasına təsirindən danışsaq, hamımızın içərisində balaca bir uşaq var. O uşaq ki hər hansı möcüzəyə, qara qüvvələrə inanır. İzahı olmayan məlumatlara inanmaq bəzi insanlar üçün daha rahatdır. Onlar reallıqdansa bunu üstün görürlər”.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031