Ot bağlamaları bahalaşdı, bəs ətin qiyməti?

1-04-2025, 11:28 76 dəfə baxılıb

 

Bölgələrdə ot bahalaşıb. İsmayıllıdan olan fermerlər bildirirlər ki, ötən ilin eyni dövrü ilə müqayisədə ot bağlamalarının qiymətində 2 manata qədər artım var.

Bəs ot bağlamalarının qiymət artımı ətin bahalaşmasına səbəb ola bilər?

Yenisirvanli.İnfo.Az milli.az-a istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan sakinlərin sözlərinə görə, əvvəl otun paçkasını 5 manata alırdılarsa, indi 6-7 manata, əvvəl yemi 3 manata, indi isə 3.50-3.80 qəpiyə ala bilirlər.

“Hər şey çətinləşib. Məhsulların qiyməti qalxandan sonra ətin də qiymətinin artması məcburdur. Örüş yerləri də yoxdur. Heyvanı meşəyə ötürsək canavar yeyir, qalan yerlərin əksəriyyəti isə qoruqdur”.

Sakinlər bildirirlər ki, bu çətin şəraitdə heyvan saxlamaq onlara sərf eləmir.

“Ətin kilosu gərək 40-50 manat olsun ki, bizə sərf eləsin. Çünki indi həm heyvanlar nədənsə tez ölür, həm də saxlamaq çətindir”.

Ekspertlər bildirirlər ki, hazırda bir çox bölgələrdə eyni vəziyyət yaşanır. Ətlik heyvan saxlamaq sahibkarlara baha başa gəlir. Nəticədə ət və digər heyvandarlıq məhsulların qiyməti artır.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930