Ayda 428 min dollar maaş, pulsuz ev və maşın: İŞ VAR!

31-03-2025, 10:50 156 dəfə baxılıb

 

Avstraliya hökuməti ölkənin ən ucqar şəhərlərindən biri olan Culiya Krikdə işləmək üçün həkim axtarır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hökumət 500 nəfərlik bu şəhərdə çalışacaq həkimə yüksək maaş da təklif edib.

Belə ki, şəhərdə ailə həkimi olaraq çalışacaq tibb işçisi aylıq 680 min Avstraliya dolları və ya 428 min ABŞ dolları maaş alacaq. Bundan başqa, həmin həkim pulsuz maşınla da təmin ediləcək.

Hökumətin belə yüksək maaş təklif etməsinə səbəb Culiya Krik şəhərinin çox uzaqda olması, ən yaxın iri şəhər olan Taunsvill avtomobillə 7 saatlıq məsafədə yerləşməsidir. Bundan başqa, işə alınacaq həkim qızmar isti və tropik həşəratlarla da tanış olmalıdırlar.

Hazırda sözügedən şəhərdə həkim işləyən Adam Lyuis iki illik karyerasına son verərək, Avstraliyanın paytaxtı Kanberaya daşınır. O, bu postda aylıq 315 min dollar maaş alıb.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930