Tələbə qız atasının məzarı başında intihar edibmiş – GƏNCƏDƏ ŞOK HADİSƏ

28-03-2025, 13:21 158 dəfə baxılıb

 

Bir neçə gün öncə Gəncə şəhərində intihar edən 21 yaşlı Nüşabə Məmmədovanın ölümünün bəzi təfərrüatları məlum olub.

Yenisirvanli.İnfo.Az Bakupost.az-a istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetinin tələbəsi olan qız atasının məzasrını ziyarət edib.

Orada sirkə turşusu içən Nüşabə Məmmədova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Xatırladaq ki, 2004-cü il təvəllüdlü N.Məmmədova Gəncə şəhərində martın 26-da sirkə turşu içib. O, rayon xəstəxalarından birinə yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib. Bildirilib ki, o, 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib. Nüşabə Məmmədzadə Gəncə Dövlət Universitetində təhsil alırmış.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930