İmamoğlunun həbsinə Kremldən REAKSİYA

20-03-2025, 16:37 302 dəfə baxılıb

 

Kreml Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun həbsi fonunda etirazlara münasibət bildirib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş verənləri Türkiyənin daxili işi adlandırıb.

Peskov deyib ki, Türkiyədəki etirazlar Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın danışmasına səbəb ola bilməz, bu Ankaranın daxili işidir.

Kremlin sözçüsü vurğulayıb ki, Putin və Ərdoğan arasında bu həftə heç bir təmas planlaşdırılmır.

O, Putinin Türkiyəyə səfər etmək üçün qüvvədə olan dəvətinin olduğunu ,lakin səfərin konkret tarixlərinin hələ razılaşdırılmadığını söyləyib. /APA

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031