Ermənistanda müxalifətin namizədi istintaqa çağırıldı
“Mənim güclü icmam ” Partiyasından Gümrü merliyinə namizəd Ruben Mxitaryan dindirilmək üçün Ermənistan İstintaq Komitəsinə çağırılıb .
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Mxitaryanın telefonla əlaqə saxladığı Davtyan soyadlı müstəntiq sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə ona protokol tərtib edib.
Müxalifətçi isə öz növbəsində hansı əməldən danışdığını bilmədiyini cavablandıraraq, sürücülük vəsiqəsinin çoxdan olması ilə izah edib. Müstəntiq Mxitaryanı saat 18:00-da dindirməyə çağırıb.
Sonuncu bildirib ki, vəkili müstəntiqlə əlaqə saxlayacaq, bundan sonra qərar veriləcək.
Yenisirvanli.İnfo.Az