Zelenski bu şərtlə seçkilərə gedəcəyini açıqladı

12-10-2026, 09:00 174 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinin 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bəyan edib.

Yenisirvanli.İnfo.Az "Strana.ua” nəşrinə istinadən xəbər verir ki, Zelenskinin bu sensasion gedişi ABŞ Prezidenti Donald Trampın kəskin bəyanatlarından dərhal sonraya təsadüf edir.

Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri ukraynalılara yeni lider seçməyi tövsiyə edərək, Zelenskinin “saziş bağlamaq qabiliyyətinin olmadığını” və Rusiya ilə dil tapa bilmədiyini vurğulamışdı. Həmçinin Tramp Kiyevin Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq tələblərinə məhəl qoymamasından gileylənərək, kəşfiyyat məlumatlarının verilşini kəsməklə hədələmişdi.

Nəşr onu da diqqətə çatdırıb ki, Trampın açıqlaması Zelenskinin ətrafında şok effekti yaradıb. Ukrayna lideri dərhal bir neçə Avropa dövlət başçısı ilə təcili telefon danışıqları aparıb və Vaşinqtonun ultimatumunu faktiki olaraq rədd edib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031