Putin İranla münaqişənin həlli ilə bağlı mövqeyini bildirib

11-10-2026, 10:01 40 dəfə baxılıb

 

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İran tərəfinin münaqişənin mümkün həlli ilə bağlı mövqeyini çatdırıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin İran Prezidenti Məsud Pezeşkianla Türkmənistanda keçirilən sammit çərçivəsində iki görüş keçirib. Görüşlərdən birində Rusiya lideri İran prezidentinə Trampla planlaşdırılan telefon danışığı barədə məlumat verib.

Peskov bildirib ki, Putin İran tərəfinin mövqeyini Pezeşkianla razılaşdıraraq Trampa çatdırıb.

Qeyd edək ki, Putinlə Tramp arasında oktyabrın 9-da baş tutan telefon danışığı təxminən bir saat yarım davam edib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031