4 ölkədən Rusiya ilə bağlı gözlənilməz qərar

3-10-2026, 10:04 37 dəfə baxılıb

 

1 oktyabr 2026-cı ildən etibarən daha dörd Avropa ölkəsi – Belçika, Lüksemburq, Niderland və İsveç Rusiya vətəndaşlarının köhnə, beşillik pasportlarını tanımayacaq.

Yenisirvanli.İnfo.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

Beləliklə, köhnə tipli Rusiya pasportlarını tanımayan Şengen ölkələrinin sayı 15-ə çatıb. Daha əvvəl Almaniya, Danimarka, İslandiya, Latviya, Litva, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya və Estoniya analoji qərarlar qəbul edib.

Bununla yanaşı, 14 Şengen ölkəsi hələ də biometrik məlumatlar olmayan Rusiya pasportları ilə girişə icazə verir. Bu ölkələrə Avstriya, Bolqarıstan, Macarıstan, Yunanıstan, İspaniya, İtaliya, Lixtenşteyn, Malta, Norveç, Portuqaliya, Slovakiya, Sloveniya, Xorvatiya və İsveçrə daxildir.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031