“ABŞ-nin İran üzərində qələbəsi neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq”

28-09-2026, 09:20 63 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İranla müharibədə qalib gələcək və bundan sonra neftin dünya qiymətləri əhəmiyyətli dərəcədə düşəcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Donald Tramp bu açıqlamanı İllinoys ştatının Çikaqo şəhərətrafı ərazisində keçirilən “Presidents Cup” qolf turnirində “Fox News” telekanalının aparıcısının suallarını cavablandırarkən verib.

O deyib: “Biz İranla bu müharibədə çox tezliklə qalib gələcəyik. Qalib gələn kimi neftin qiymətləri müharibədən əvvəlki səviyyələrə düşəcək, əhəmiyyətli dərəcədə düşəcək”.

Trampın sözlərinə görə, ABŞ artıq hərbi cəhətdən qalib gəlib, lakin mübarizəni davam etdirəcək.

“Hərbi cəhətdən biz artıq qalib gəlmişik, amma bu, bitdiyimiz anlamına gəlmir.

Amma biz, şübhəsiz ki, böyük qələbə qazanırıq”, – Amerika lideri deyib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031