NATO həyəcan siqnalı verdi - Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı havalandı (Açıqlamalar)

26-09-2026, 10:27 42 dəfə baxılıb

 

Rusiya qırııcları NATO ölkələrinin hava sərhədini pozub.

Yenisirvanli.İnfo.Az xarici mətbuatına istinadla xəbər verir ki, NATO Mərkəzi Komandanlığının həyəcan siqnalından sonra Türkiyə F-16-ları  Estoniyadakı Amari Hava Bazasından havalanıb.

Məlumata görə, Türkiyə qırıcılarına Litvadakı Şaulyay Hava Bazasında yerləşən İtaliyanın Eurofighter qırıcı təyyarələri ilə yanaşı, Finlandiya və İsveç döyüş təyyarələri dəstək veriblər.

Xəbərdə deyilir ki,  birgə hava qüvvələrinin səyi ilə Rusiyanın MiG-31, Su-30 qırıcı təyyarələri ilə birlikdə hərəkət edən Tu-134 nəqliyyat təyyarəsi Finlandiya körfəzi üzərindəki beynəlxalq hava məkanında dövrə vurduqdan sonra geri  dönüblər. MİA.AZ







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031