Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib

22-09-2026, 10:24 216 dəfə baxılıb

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Dünya İqtisadi Forumu tərəfindən "Əməkdaşlığın olmadığı zamanda əməkdaşlıq gündəliyi" mövzusunda təşkil olunmuş dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, yüksək səviyyəli nahar ziyafəti bu gün dünyanın üzləşdiyi qlobal təhlükəsizlik çağırışlarının həllini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün siyasət qurucularını, biznes liderlərini və müxtəlif sektorlardan olan ekspertləri bir araya gətirib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031