Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər

21-09-2026, 11:25 76 dəfə baxılıb

 

Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi" mövzusunda keçiriIən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində yaranan hər bir dövlət milli kimlikdə iz qoyub:

"Azərbaycan ərazisində bir çox dövlətlər olub və hər bir dövlət də dövlətçiliyimizdə, milli kimliyimizdə müəyyən iz qoyub. Bu məsələlər hərtərəfli araşdırılmalıdır, bununla bağlı işlər gedir, kitablar tərcümə olunur və s. Amma təcrübə hansısa boşluq yarananda bundan istifadə edildiyini göstərir".

Fərid Şəfiyev həmçinin bildirib ki, bəzi radikal ermənilər diplomatların azad edilmiş ərazilərə sonuncu səfərindən sonra Qarabağda mövcud olan kilsələrin Azərbaycan tərəfindən "albanlaşdırıldığını" iddia edirlər:

"Ancaq bu yanaşma reallığı əks etdirmir. Azərbaycanın ərazisində müxtəlif xalqlara və dini icmalara məxsus tarixi ibadət məkanları mövcuddur və ölkəmiz bu abidələrin qorunmasına diqqət yetirir. Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək istəyirlər. Yəni onu tamamilə erməniləşdirmək istəyirlər. Onlar iddia edirlər ki, bu ərazidə "Böyük Ermənistan" olub. Ancaq Qafqaz Albaniyasının tarixi "Böyük Ermənistan" ideyasını müəyyən dərəcədə darmadağın edir. Lakin bunu görüb qəbul etmək istəmirlər".



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031