Almaniya ilk dəfə açıq şəkildə Rusiyanı hücumda ittiham edib: Bu nədən xəbər verir?
Almaniya ilk dəfə bu qədər açıq şəkildə Rusiyanı Leypsiq-Halle hava limanı yaxınlığında partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatları vasitəsilə hücuma cəhdin arxasında olmaqda ittiham
Onun sözlərinə görə, Leypsiqdəki hücuma cəhd Moskvanın iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirməyə yönəlmiş şüurlu addımı olub.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt isə araşdırmanın hələ davam etməsinə baxmayaraq, hökumətin baş verənlərə görə Rusiyanı məsul hesab etdiyini açıqlayıb. Məsələ burasındadır ki, mütəxəssislər obyektə hücum edən pilotsuz uçuş aparatlarında Rusiya hibrid əməliyyatları üçün xarakterik əlamətlər aşkarlayıblar.
"Pilotsuz uçuş aparatının konfiqurasiyası, müxtəlif komponentlər, partlayıcı maddələr və kibertexnologiyalar – bütün bunları biz digər Rusiya hibrid əməliyyatlarından və Ukraynaya qarşı müharibədən tanıyırıq", deyə Dobrindt bildirib.
Almaniya yeni hücumlar gözləyir
Almaniya hökumətində Leypsiqdə baş verən insidentin sonuncu hadisə olmaya biləcəyini düşünürlər. Dobrindtin sözlərinə görə, Almaniya gələcək Rusiya hibrid hücumları üçün potensial hədəf olaraq qalır.
Onun sözlərinə görə, hücumun birbaşa icraçıları daha aşağı səviyyəli agentlər ola bilər. Lakin istifadə edilən texnologiya əməliyyatın planlaşdırılması zamanı yüksək texniki hazırlıq və böyük təşkilati səylərin olduğunu göstərir.
"Biz Almaniyanın Rusiyanın gələcək hibrid hücumlarının hədəfi olduğunu düşünürük", deyə nazir qeyd edib.
O əlavə edib ki, Moskva gələcəkdə Almaniyaya daha böyük zərər vurmağa cəhd göstərə bilər.
Berlinin hazırkı sərt reaksiyası Almaniya hökumətinin Moskva ilə münasibətlərə yanaşmasının dəyişdiyini göstərir. Almaniya artıq xarici kəşfiyyat xidmətinə hibrid təhdidlərə cavab olaraq təxribat xarakterli və hücum yönümlü kibermüharibə əməliyyatları həyata keçirməyə icazə verib.
Almaniya konsulluğu bağlayır və Rusiyaya təzyiqi artırır
Nəşrin məlumatına görə, Berlin buna cavab olaraq sentyabrın 18-də Bonndakı Rusiya konsulluğunu bağlayacaq. Həmçinin Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarətin gücləndirilməsi və Berlindəki "Rusiya Evi"nin fəaliyyətini tənzimləyən sazişin ləğvi planlaşdırılır.
Bundan başqa, Almaniya hibrid hücumlarda iştirakı olduğu hesab edilən Rusiya vətəndaşlarına qarşı Avropa İttifaqının yeni sanksiyalar tətbiq etməsini təklif edəcək. Berlin Rusiyanın "kölgə donanması"na qarşı məhdudiyyətlərin sərtləşdirilməsini də tələb edəcək.
Almaniya hakimiyyətinin məlumatına görə, Aİ-də Rusiya vətəndaşlarına 90 günlük turist vizalarının verilməsinin məhdudlaşdırılması və rusiyalı diplomatların sərbəst hərəkət imkanlarının daraldılması məsələsi də qaldırıla bilər.
Aİ və NATO Almaniyanı dəstəkləyib
Berlinin qərarı artıq Avropadakı tərəfdaşlarından dəstək alıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, əlavə sanksiyalar da daxil olmaqla bu məsələ Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən müzakirə ediləcək.
Fransanın xarici işlər naziri Jan-Noel Barro da Rusiyanın hücumda iştirakının təsdiqlənməsinin qaçılmaz olaraq nəticələri olacağını xəbərdar edib.
NATO da Almaniyaya həmrəyliyini ifadə edib. Alyansın baş katibi Mark Rütte "NATO Rusiyanın Leypsiqdə həyata keçirdiyi hibrid hücumdan sonra Almaniya ilə tam həmrəyliyini ifadə edir" deyərək Berlinin açıqladığı cavab tədbirlərini alqışlayıb.
Hava limanı yaxınlığında partlayıcı maddələrlə təchiz edilmiş dronlar
İnsident avqust ayında baş verib. Almaniyanın şərqində yerləşən Leypsiq-Halle hava limanı ərazisində partlayıcı maddələrlə təchiz edilmiş üç pilotsuz uçuş aparatı müşahidə edilib.
Dronlardan biri sursat daşınması üçün istifadə edilən Ukraynaya məxsus An-24 təyyarəsinin yaxınlığında aşkarlanıb.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: