Azərbaycan Özbəkistan turizminə 5 milyard dollar yatıracaq

24-08-2026, 10:00 158 dəfə baxılıb

 

Azərbaycan Özbəkistanın turizm sahəsinə 5 milyard dollar investisiya yatırmağı planlaşdırır.

Yenisirvanli.İnfo.Az bildirir ki, bunu Azərbaycan lideri İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, Daşkənddə yaradılan layihələr – hotel və yaşayış kompleksləri portfeli 500 milyon səviyyəsində müəyyən edilmiş Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun çərçivəsindən kənara çıxır.

“Nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda deyildi ki, təkcə Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır”, – İlham Əliyev deyib.

Özbəkistanın avtomobil sənayesindəki təcrübəsinin bu gün Azərbaycana da ötürüldüyünü xatırladan dövlət başçısı qeyd edib ki, ilk layihə həyata keçirilib, lakin hazırda tam istehsal dövründən söhbət gedir. Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılması planlaşdırılır və ikinci zavod tikilir.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930