Şahbaz Şərif Pakistanın Suriya ilə bağlı mövqeyini açıqladı

21-08-2026, 12:28 330 dəfə baxılıb

 

Pakistan Suriya ilə siyasət, müdafiə, ticarət, investisiyalar, təhsil və insan resurslarının inkişafı sahələrində tərəfdaşlığın genişləndirilməsində maraqlıdır.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda Suriyanın XİN rəhbəri Əsəd əş-Şeybaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

"Pakistan Qolan təpələri üzrə Suriyanın mövqeyini qətiyyətlə dəstəkləməyə davam edəcək", - hökumət başçısı deyib.

Şərif İslamabadın Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini xatırladıb.

Əş-Şeybani həmsöhbətini davam edən siyasi keçid prosesi və Suriyanın bərpası üzrə səylər barədə məlumatlandırıb.

O, son illər ərzində Suriyaya göstərilən ardıcıl dəstəyə görə Pakistana təşəkkür edib və hökumətinin ikitərəfli qarşılıqlı fəaliyyətin aktivləşdirilməsində, o cümlədən əməkdaşlığın institusional mexanizmlərinin tezliklə yaradılması vasitəsilə maraqlı olduğunu bildirib.

Görüşdə həmçinin Pakistanın Baş nazirinin müavini və XİN rəhbəri Məhəmməd İshaq Dar, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031