Yenisirvanli.İnfo.Az bildirir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin siyasətinin mühüm xüsusiyyəti də məhz burada ortaya çıxır: “Qlobal və regional proseslərdə baş verən dəyişikliklərə vaxtında və çevik reaksiya vermək, yaranan çağırışları riskdən çox imkan kimi qiymətləndirmək və milli maraqlara uyğun konkret nəticələrə çevirmək.
Naxçıvana son səfəri də bu siyasətin növbəti mərhələsi kimi qiymətləndirmək olar. Bu, sadəcə bir regiona səfər deyil.Bu, Azərbaycanın yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratmaq siyasətinin Naxçıvan üzərindən daha bir nümayişidir”.
Qarşıdurma coğrafiyasından əməkdaşlıq məkanına
Deputat əlavə edib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin əsas nəticələrindən biri Cənubi Qafqazın geosiyasi rolunun dəyişməsidir:
“Bir vaxtlar bu regionda əsas sual “kim kimə qarşıdır?” idisə, ind getdikcə daha çox “kim hansı əməkdaşlıq formatında iştirak edə bilər?” sualı önə çıxır.
Azərbaycan özünü müxtəlif güclərin qarşıdurma xəttində deyil, onların arasında bağlantı yaradan ölkə kimi təqdim edir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat, enerji və ticarət layihələri bunun konkret ifadəsidir. Ən diqqətçəkən məqam isə odur ki, əvvəlcə bu siyasətə şübhə ilə yanaşan və ya ona qarşı çıxan bəzi dairələr belə Azərbaycanın yaratdığı reallıqları nəzərə almağa məcbur qalırlar. Çünki yeni model “sıfır məbləğli oyun” üzərində qurulmur. Burada əsas prinsip “qazan-qazan” yanaşmasıdır. Azərbaycanın yaratdığı nəqliyyat dəhlizlərindən Türkiyə də, Mərkəzi Asiya da, Avropa da, İran da, gələcəkdə Fars körfəzi ölkələri və Cənubi Asiya dövlətləri də faydalana bilər. Bu isə qarşıdurmanı əməkdaşlıqla əvəz edən daha dayanıqlı regional model yaradır”.
Naxçıvan – yeni geosiyasi qovşaq
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvan səfərinin əhəmiyyəti də məhz bu böyük mənzərə fonunda daha aydın görünür:
“Naxçıvan artıq yalnız Azərbaycanın əsas hissəsindən ayrı düşmüş strateji ərazi kimi qiymətləndirilə bilməz. Onun coğrafi mövqeyi yeni nəqliyyat və enerji layihələri ilə birlikdə tamamilə fərqli məna qazanır.
Zəngəzur dəhlizinin reallaşması Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək. Lakin bunun əhəmiyyəti yalnız daxili bağlantının bərpası deyil.
Naxçıvan Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişdiyi geoiqtisadi qovşağa çevrilə bilər. Bir istiqamətdə Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhliz, digər istiqamətdə Türkiyə və Avropa, başqa bir xətt üzrə İran və Fars körfəzi, daha cənubda Pakistan və Hindistan bazarları. Belə bir coğrafiyada Naxçıvanın əhəmiyyəti artıq lokal miqyasdan çıxır. Naxçıvan Azərbaycanın Avrasiya bağlantı strategiyasının mühüm dayaqlarından birinə çevrilir”.
Xəritədə kiçik görünən, geosiyasətdə böyük olan məkan
Z. Oruc hesab edir ki, Naxçıvanın coğrafi ölçüsü onun gələcək geosiyasi rolunu müəyyən etmir: “Əksinə, bu ərazinin yerləşdiyi mövqe ona daha böyük əhəmiyyət qazandırır.
Şərqdən Qərbə uzanan ticarət yolları ilə Şimaldan Cənuba istiqamətlənən marşrutların kəsişməsi Naxçıvan üçün yeni imkanlar yaradır. Qara dəniz istiqamətindən Avropaya, Baltik məkanına, daha şimal istiqamətlərinə, digər tərəfdən Fars körfəzinə, Hind okeanı hövzəsinə qədər uzanan geniş bağlantı imkanları Naxçıvanın gələcək rolunu böyüdür. Bu baxımdan Naxçıvanda tikilən yollar, dəmir yolları, enerji xətləri və logistika infrastrukturu yalnız yerli ehtiyacların təmininə hesablanmır. Onlar Azərbaycanın Avrasiyanın yeni iqtisadi xəritəsində tutduğu mövqeyi möhkəmləndirən strateji vasitələrdir”.
Azərbaycanın “körpü” siyasəti
O həmçinin qeyd edib ki, dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi bir vaxtda Azərbaycan özünü qarşıdurma xəttinin tərəfi deyil, bağlantı xəttinin mərkəzi kimi mövqeləndirir: “Bu, asan siyasət deyil. Çünki Şərqlə Qərbin, Şimalla Cənubun maraqlarının kəsişdiyi coğrafiyada bütün tərəflərlə işləmək yüksək siyasi çeviklik tələb edir. Lakin Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət göstərir ki, bu yanaşma artıq nəticə verir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayır, Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrini genişləndirir, Türkiyə ilə strateji müttəfiqliyini dərinləşdirir, İranla regional bağlantı imkanlarını qoruyur və eyni zamanda Rusiya istiqamətində nəqliyyat və iqtisadi əlaqələrini davam etdirir. Beləliklə, Azərbaycan tədricən müxtəlif geosiyasi qütbləri bir-birinə bağlayan körpü funksiyasını gücləndirir.
Naxçıvan isə bu körpünün ən mühüm coğrafi dayaqlarından biridir.
Yeni reallığın adı isə belədir: bağlantı
Əslində Prezidentin Naxçıvan səfərinin əsas siyasi mesajını bir sözlə ifadə etmək mümkündür: bağlantı.
Bağlantı yollar deməkdir. Bağlantı enerji deməkdir. Bağlantı ticarət deməkdir. Bağlantı investisiya deməkdir və ən əsası isə bağlantı əməkdaşlıq deməkdir. Bu baxımdan Naxçıvanın inkişafı yalnız bir regionun iqtisadi yüksəlişi deyil. Bu, Azərbaycanın regional və qlobal bağlantı imkanlarının genişlənməsidir.
Naxçıvan nə qədər güclü logistika mərkəzinə çevrilərsə, Azərbaycanın Avrasiya xəritəsində çəkisi də bir o qədər artacaq. Bu baxımdan Naxçıvanın qarşısında tamamilə yeni perspektiv dayanır. Bir tərəfdə Avropa və Türkiyə, digər tərəfdə Mərkəzi Asiya və Çin. Şimalda Rusiya və Qara dəniz məkanı, cənubda İran, Fars körfəzi, Pakistan və Hindistan.
Bu istiqamətlərin hamısını bir-birinə bağlayan nəqliyyat və enerji sistemlərinin formalaşması Naxçıvanı regional logistika mərkəzinə çevirə bilər. Ona görə də Prezident İlham Əliyevin Naxçıvan səfəri yalnız görülən işlərin qiymətləndirilməsi deyil. Səfər Azərbaycanın gələcək geosiyasi və geoiqtisadi xəritəsinin bir hissəsinin Naxçıvanda qurulmasıdır.
Azərbaycan artıq yeni reallıqları gözləmir. Onları yaradır. Və Naxçıvan həmin yeni reallığın ən mühüm ünvanlarından birinə çevrilir”.
Yenisirvanli.İnfo.Az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Bakıda geosiyasi bahar: nələr oldu, nələr olacaq?
Netanyahunun inadkarlıq gambiti: riskli geosiyasət və ümidsizlik
Zəngəzur dəhlizi qlobal gərginliyin mərkəzində
Qurana görə, oruc tutmayanlar 200 manat verməlidir? - İlahiyyatçı
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Xırdalanda evi olanlara BƏD xəbər – Köçsünlər, yoxsa...
Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”
Sabahdan Azərbaycanda bu gömrük rüsumları 100 dəfə artırılacaq
Ramin İsayevin 100 milyonluq SƏRVƏTİ - SİYAHI
Xalçayuma adı ilə dələduzluq edən TUTULDU - FOTO
Zelenski xaricdəki ukraynalılara SƏSLƏNDİ
Azərbaycana Qripə qarşı vaksinlər gətirilib
ƏHMƏD ƏHMƏDZADƏNİN BACISI OĞLU YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLDİ - Zakir Quliyev Mikayılovun müşaviri, Əli Əsədovun köməkçisinin isə...
Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub - FOTOLAR
Qaradağın icra başçısı şəhidlərin anım mərasimində iştirak edib - FOTOLAR
Qubada kişinin meyiti həyətdə tapıldı
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
“İri Şəhərlərin Su Təchizatı” QSC-yə yeni sədr təyin olundu - Tahir Xəlilov da yola salındı
DEPUTATIN DAHA BİR OĞLU HƏBS EDİLDİ
Dolları olanların NƏZƏRİNƏ!
Ermənistan azan çobanı Azərbaycana qaytarır – Kimliyi açıqlandı
Məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb
UEFA Konfrans Liqasında II turun oyunları keçiriləcək
Ərdoğanın Əliyevə KRİTİK zəngi – gərginlik bitdimi?
Kapital Bank pensiyaçılara verilən avans üzrə faizləri artırıb
Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı
Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Mincivanın işğaldan azad olunmasından 6 il ötür
“Məclis.info” saytının rəhbərinə 12 il iş istənilib
Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - VİDEO
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb
UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”ya məğlub olub - VİDEO
Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Mədinəyə dronla hücum olunub
Donald Tramp şok iddia irəli sürdü: "Rusiya axmaq bir generala görə Kiyevi tuta bilmədi, yoxsa bir günə müharibə bitərdi"
Bu sürücüləri 800 manat cərimə gözləyir – VİDEO
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər – ŞƏRTLƏR
Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var – FOTO
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
NATO Qara dənizdə Rusiyaya qarşı... - Əlavə qüvvə göndərilir
Bakı-Xırdalan yolu ilə bağlı TƏKLİF
“Bank VTB (Azərbaycan)” əhalini sürətlə borclandırır- istehlak kreditlərində kəskin artım
Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb
Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA
YAP Mehdiyevi qovdu, İsa Həbibəyli niyə tələsmir?
Zəngəzur dəhlizindən Rusiyaya pay?!
“Kontakt Home”da müştəriyə qüsurlu mal satıldı – FOTO
Qonşuda meymunçiçəyi yayılıb – risk varmı?
Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB
DİQQƏT: “Kupça”sız evə bu yolla sənəd almaq olar
ABŞ Ukraynanı yarıyolda qoyub: "Təəssüf ki, yerinə yetirilməyən siyasi razılaşmalar var"
Emin Milli Hikmət Hacıyevin qəbulunda olub: “Görüş zamanı..." - FOTO
"Özünü ələ al" müalicə deyil - Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır?
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Elnarə Abdullayeva nənə oldu - Fotolar
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam” – VİDEO
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
Kilsədə başına xaç düşən keşiş belə öldü – VİDEO