Qırğızıstan XİN: Bakı və İrəvan arasında sülh sazişi tarixi hadisə ola bilər

15-03-2025, 10:10 205 dəfə baxılıb

 

Qırğızıstan Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır...


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in məlumatında deyilir.

"Qırğız Respublikası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır", - məlumatda bildirilib.

Qeyd olunub ki, Qırğızıstan tərəfi sülh sazişinin bağlanması üçün tərəflərin səylərinə dəstəyini ifadə edir, bu, Azərbaycan  Ermənistan arasındakı münasibətlərdə tarixi hadisə olmalıdır.

"Qırğız Respublikası Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin qurulmasının tərəfdarıdır və bu baxımdan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşması prosesinin konstruktiv xarakterini böyük nikbinliklə qeyd edir", - məlumatda vurğulanıb.“Report”  

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930