Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Bu gün, 09:38 1 842 dəfə baxılıb

 Kolumbiyanın yeni seçilən Prezidenti Abelardo de la Espriella ölkəsinin 14 ölkədəki səfirliyinin bağlanacağını açıqlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, o bu barədə məlumatı “X” hesabında paylaşdığı videomüraciətdə açıqlayıb.


Sözügedən ölkələr arasında Azərbaycan da var. 


Onun sözlərinə görə, avqustun 7-də işə başlayacaq yeni prezident administrasiyası diplomatik şəbəkənin yenidən qurulmasının bir hissəsi olaraq Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı səfirliklərin fəaliyyətini dayandıracaq. 


Yeni prezident həmçinin Kolumbiyanın Kuba və Nikaraqua ilə diplomatik əlaqələri kəsəcəyini vəd edib. 


Qeyd edək ki, 47 yaşlı Abelardo de la Espriella iyunda keçirilən seçkilərin ikinci turunda qalib gələrək Kolumbiya prezidenti seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031