Aİ ölkəsi prezidenti Azərbaycana səfər edəcək

11-07-2026, 17:41 1 798 dəfə baxılıb

 Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.


Bu barədə “Yenisirvanli.info.az” "Pravda.sk" nəşrinə istinadən məlumat verir.


Məlumata görə, Pelleqrini ilə birlikdə ölkənin baş nazir müavini və müdafiə naziri Robert Kalinyak, baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok və Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir də səfərdə iştirak edəcək.


Qeyd edilir ki, Peter Pelleqrini həmçinin Ağdam rayonuna səfər edəcək, orada Baş Qərvənd kəndində "Smart Village" ("Ağıllı kənd") layihəsi ilə tanış olacaq və general Milan Rastislav Ştefanikin adını daşıyan yeni məktəbin təməl daşını qoyacaq.


Slovakiya prezidentinin səfəri ilə paralel olaraq, Bakıda slovakiyalı sahibkarların iştirakı ilə Slovakiya-Azərbaycan biznes forumu keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031