“Həssas məlumatlar ölkə sərhədlərini tərk etmədən emal oluna bilir”

9-07-2026, 15:16 1 759 dəfə baxılıb

 “Bildiyiniz kimi, ölkədə artıq milli super kompüter mərkəzi qurulub. Bu bizə imkan verir ki, mürəkkəb süni intellekt modelləri xarici xidmətlərdən asılı olmadan ölkə daxilində təhlükəsiz şəkildə idarə edilsin”. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda bu gün təşkil etdiyi ictimai müzakirədə komissiyanın sədri Ramid Namazov bildirib.


“Bu, həm də milli təhlükəsizlik və rəqəmsal suverenlik baxımdan strateji addımdır. Dövlətə məxsus həssas məlumatlar artıq ölkə sərhədlərini tərk etmədən emal oluna bilir. 


Bundan başqa, 2026-2028-ci il fəaliyyət planında nəzərdə tutulan qadağan edilmiş məzmunun süni intellekt vasitəsilə avtomatik aşkarlanması yeni nəsil təhdidlərə cavab vermək üçün nəzərdə tutulub. 


Növbəti addım kimi isə 2028-ci ilin sonuna qədər Azərbaycan dili üzrə böyük dil modellərinin yaradılmasıdır. Bunun əhəmiyyəti belədir ki, dünyada böyük dil modellərinin əksəriyyəti ingilis və başqa dominant dil üzərinə yönəldilib. Bu da Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətlərinin məhdudluğu deməkdir. Öz dilimizdə güclü modellər yaratmaq mədəni və linqivistik suverenliyimizi daha da artıracaq ”, - komissiya sədri qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031