90 dəqiqə nə danışıblar?

5-07-2026, 16:34 1 759 dəfə baxılıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində yardım etməyə hazır olduğunu bildirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov məlumat verib.


Onun sözlərinə görə, Tramp və Putin arasında baş tutan və təxminən 90 dəqiqə davam edən telefon danışığında əsas müzakirə mövzusu Ukraynadakı müharibə və iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti olub:


“ABŞ Prezidenti bir daha hərbi əməliyyatların tezliklə dayandırılması və böhranın aradan qaldırılması üçün həll yollarının tapılması istiqamətində işləməyə hazır olduğunu təsdiqlədi”.


Kreml rəsmisinin sözlərinə görə, Putin də Rusiyanın münaqişənin siyasi və diplomatik yolla həllinə tərəfdar olduğunu, lakin bunun Moskvanın əsas prinsipləri nəzərə alınmaqla mümkün olacağını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031