Zelenski Hikmət Cavadı ordenlə təltif etdi

28-06-2026, 15:26 1 732 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadı təltif edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, prezidentin imzaladığı 532/2026 nömrəli Fərmana əsasən, Hikmət Cavad Ukrayna dövlətçiliyinin möhkəmləndirilməsindəki əhəmiyyətli xidmətlərinə, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında nümayiş etdirdiyi cəsarət və fədakarlığa, ictimai həyatın müxtəlif sahələrinin inkişafına verdiyi mühüm şəxsi töhfələrə, eləcə də peşə borcunu vicdanla yerinə yetirdiyi üçün “Xidmətlərinə görə III dərəcəli” ordenlə təltif olunub.


Qeyd edək ki, hüquq elmləri doktoru olan Hikmət Cavad uzun illərdir Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir. O, həmçinin Ukrayna Ali Radası sədrinin müşaviri vəzifəsini icra edir.


Hikmət Cavad eyni zamanda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibidir. O, 2016-cı ildə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.


Əlavə edək ki, bu gün Ukraynada Konstitusiya Günüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031