ABŞ prezidentindən Tehrana kəskin mesaj: "İran yox ola bilər"

28-06-2026, 11:41 1 725 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, müəyyən mərhələdə ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa etmək məcburiyyətində qala bilər və bu halda İran İslam Respublikasının mövcudluğu təhlükə altına düşəcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.


"Tamamilə mümkündür ki, onlar heç vaxt heç bir dərs götürməyəcəklər. Elə bir an gələ bilər ki, biz artıq ağlabatan davrana bilməyəcəyik və belə uğurla başladığımız işi hərbi yolla başa çatdırmağa məcbur olacağıq. Əgər bu baş verərsə, İran İslam Respublikası mövcudluğunu dayandıracaq", - deyə Tramp vurğulayıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031