Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırdılar

26-06-2026, 09:31 1 715 dəfə baxılıb

 

Rusiya Ermənistandan balıq məhsullarının tədarükünə məhdudiyyətləri genişləndirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) qərar qəbul edib.  


Belə ki, “Rosselxoznadzor” əvvəllər Rusiya bazarına balıq ixrac etməyə icazə verilmiş son iki Ermənistan müəssisəsinin məhsullarının sertifikatlaşdırılmasını aşkar edilmiş sistem pozuntuları ilə əlaqədar müvəqqəti dayandırıb.


Xatırladaq ki, daha əvvəl “Rosselxoznadzor” Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının, eləcə də meyvə-tərəvəzlərin idxalına məhdudiyyətlər tətbiq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031